Akademik rəhbərin əməliyyatlar üzrə müavini ( Simurq Liseyi)

Dünən

İşin təsviri

  • Akademik rəhbərin tapşırıqlarının icrasını planlaşdırmaq və izləmək.
  • Metod birləşmə rəhbərlərinin aylıq və həftəlik fəaliyyət planlarını koordinasiya etmək.;
  • Dərs dinləmələri, monitorinqlər, məktəb ziyarətləri və digər akademik fəaliyyətlərin cədvəlini hazırlamaq.
  • Filiallar üzrə akademik fəaliyyətlərin vaxtında icrasını təmin etmək.
  • Metod birləşmə rəhbərlərinin iş bölgüsünü və iş qrafikini koordinasiya etmək.
  • Məktəb ziyarətlərinin və dərs müşahidələrinin təşkilini həyata keçirmək.
  • Tapşırıqların icra vəziyyətini izləmək və akademik rəhbərə mütəmadi hesabat təqdim etmək.
  • Müəllimlərin akademik inkişafı ilə bağlı təşkilati prosesləri əlaqələndirmək.
  • Diaqnostik, monitorinq və digər qiymətləndirmələrin hazırlanması və keçirilməsi prosesini təşkilati baxımdan koordinasiya etmək.
  • İmtahan cədvəllərinin, material dövriyyəsinin və proseslərin vaxtında tamamlanmasına nəzarət etmək.
  • Toplanan nəticələrin sistemləşdirilməsini və hesabatların hazırlanmasını təşkil etmək.
  • Akademik rəhbər üçün statistik və analitik məlumatları hazırlamaq.

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi min 3 il:
  • Microsoft Office proqramları üzrə bilik;
  • Yaxşı kommunikasiya bacarıqları;
  • Səlis Azərbaycan dili, ingilis dili biliyi arzuolunandır;
  • Sosial media və dijital alətlərlə işləmə bacarığı arzuolunandır.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.