İşin təsviri
- İllik və təqvim-tematik planları hazırlamaq və bütün korpuslarda tətbiqini təmin etmək.
- Tədris prosesinin vahid standartlara uyğun icrasına nəzarət etmək.
- Müəllimlərin dərslərini müşahidə etmək, qiymətləndirmək və inkişaf planı hazırlamaq.
- Təlim, kouçinq və metodiki dəstək göstərmək.
- Liseyə qəbul və semestr imtahanları üçün vahid sual bazası hazırlamaq və moderasiya etmək.
- Kurikulum, resurs və qiymətləndirmə materiallarını hazırlamaq və yeniləmək.
- Tədris nəticələrini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək.
- Digər korpuslar arasında akademik koordinasiyanı təmin etmək.
- Vahid standartların tətbiqinə nəzarət.
- Hazırlanan imtahan materiallarının keyfiyyəti və məxfiliyi.
- Müəllim inkişafı üzrə planların icrası.
- Hesabatların düzgünlüyü və vaxtında təqdim edilməsi
- Tədris prosesi ilə bağlı metodiki göstərişlər vermək.
- Müəllimlər üçün inkişaf tədbirləri təklif etmək.
- Tədris materialları və qiymətləndirmə meyarlarını təsdiq üçün təqdim etmək.
- Akademik keyfiyyətlə bağlı rəhbərliyə təkliflər vermək.
Tələblər
- Müvafiq ixtisas üzrə ali təhsil (magistr üstünlükdür).
- Müvafiq fənn üzrə minimum 5 il müəllimlik təcrübəsi.
- Metodika, kurikulum və qiymətləndirmə üzrə yüksək bilik.
- Liderlik, təqdimat və mentorluq bacarıqları.
- MS Office və rəqəmsal tədris platformaları ilə işləmək bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- 5 günlük iş həftəsi;
- Övladların təhsil haqqına güzəşt;
- Peşəkar inkişaf imkanları.