İşin təsviri
Yeni tədris ili üçün komandamıza qoşulmağa hazır olan, ixtisaslı və təcrübəli Azərbaycan dili müəllimlərini Rus bölməmiz üçün axtarırıq.
- Dərslərin planlaşdırılması, hazırlanması və keçirilməsi;
- Şagirdlərin fərdi ehtiyac və qabiliyyətlərinə uyğun tədrisin aparılması;
- Tədris keyfiyyətinin yüksək standartlarının təmin edilməsi;
- Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi və qeydə alınması/geri dönüşün təmin edilməsi;
- Təhlükəsiz və müsbət öyrənmə mühitinin təmin edilməsi.
Tələblər
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Rus dili biliyi yaxşı səviyyədə (tədris rus bölməsi üçün nəzərdə tutulub);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Tədris metodlarını bilmək;
- Ünsiyyət bacarığı;
- Zamanın idarə olunması.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: Nərimanov/Gənclik kampusu;
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 gün;
- Ödənişli illik məzuniyyət: 56 gün;
- Həyat yığım sığortası;
- Könüllü Tibbi sığorta;
- Push30 platformasında 75% endirim;
- Landau School-da uşaqların təhsili üçün endirimlər;
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.