İşin təsviri
- IFRS standartlarına uyğun illik və rüblük maliyyə hesabatlarının hazırlanması;
- Konsolidasiya hesabatlarının hazırlanması;
- İllik büdcə hesabatlarının tərtib edilməsi;
- Maliyyə modellərinin tərtib edilməsi;
- Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
- Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;
- Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi;
- Maliyyə analizlərinin aparılması, təklif və tövsiyyələrin verilməsi;
- Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlilərin aparılması, maliyyə sənədlərinin hazırlanması.
Tələblər
- Ali təhsil (maliyyə-mühasibatlıq, audit, iqtisadiyyat, biznesin təşkil edilməsi üzrə);
- Maliyyə, hesabatlılıq, büdcələmə, audit sahəsində minimum 3 il iş təcrübəsinin olması;
- Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel, Word);
- 1C, ERP sistemləri ilə işləmə bacarığı arzuolunandır;
- IFRS sertifikatlarının olması (F3, F7, F8), Modelləşmə sertifikatının olması (FMVA) arzuolunandır;
- Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
- İngilis və rus dilləri biliyinin olması arzuolunandır;
- Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.