İşin təsviri
- Telefon, e-mail və whatsapp vasitəsi ilə müştərilərdən daxil olan bütün sorğuların cavablandırılması;
- Sosial şəbəkələrdən daxil olan məlumata əsasən müştərilərlə əlaqənin saxlanılması və sorğuya əsasən müvafiq məlumatın verilməsi;
- Müraciət edən bütün müştərilərin müvafiq məlumatlarının bazaya daxil edilməsi;
- Potensial müştərilərlə ilkin satış mərhələsinin həyata keçirilməsi;
- Mütəmadi olaraq bazada olan potensial müştərilər ilə əlaqənin saxlanılması;
- Müştəriyə daha ətraflı məlumat vermək məqsədilə, müvafiq departament ilə əlaqələndirilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə bir ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini sərbəst bilmək;
- Satış bacarığı;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
- Kompüter bilikləri: MS Office proqramları;
- Təşkilatçılıq qabiliyyəti;
- Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: LANDAU School, Zabitlər parkı;
- Stabil, gecikməyən əmək haqqı;
- Mütəmadi təlimlər;
- Professional karyera inkişafı üçün perspektiv;
- İş qrafiki: 6 günlük iş rejimi. I – V günlər 10:00 – 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 – 14:00 aralığı.