İşin təsviri
Təsvir
- Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək;
- Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması axınının effektiv işləməsinin təmin edilməsi;
- Şirkət tərəfindən qoyulmuş məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi;
- Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri) müntəzəm dinlənilməsi və qiymətləndirilməsi;
- Əvvəlcədən müəyyən edilmiş keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən qiymətləndirmə;
- Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması;
- Operatorların gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət;
- Zəng keyfiyyəti aşağı olan əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması;
- Komanda daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət;
- Onlayn çat bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası.
Tələblər
- Ali təhsil;
- Çağrı mərkəzi və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi;
- İngilis dili biliyi – minimum B1 səviyyəsi;
- Yaxşı ünsiyyət bacarığı;
- Müştəri yönümlülük;
- Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Peşəkar inkişaf imkanı;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75% endirim ilə istifadə imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.