Growth Associate – Admitt.io

İşin təsviri

Yerli kurslar, təhsil mərkəzləri və partnyorlarla əməkdaşlığın qurulması və davam etdirilməsi;

Potensial tərəfdaşların siyahısının hazırlanması və ilk əlaqənin qurulması (zəng, e-poçt, görüş);

B2B tərəfdaşlar üzrə araşdırma və ilk kommunikasiyada dəstək;

Satış proqnozlarının və həftəlik izləmə cədvəllərinin hazırlanması;

Satışların və tərəfdaş məlumatlarının CRM/cədvəllərdə aktual saxlanması;

Görüşlərin planlaşdırılması, görüşlərdə iştirak, qeydlərin və növbəti addımların izlənməsi;

Təhsil sərgiləri, seminarlar və tədbirlərin təşkilində dəstək;

Təqdimat, kommersiya təklifi və digər materialların hazırlanmasında iştirak;

Bazar və rəqib analizi üzrə araşdırmalar.

Tələblər

  • Sonuncu kurs tələbəsi və ya yeni məzun (biznes, iqtisadiyyat, marketinq, beynəlxalq münasibətlər və ya oxşar ixtisaslar);
  • Rus və ya ingilis dilləri — minimum B1 səviyyəsində;
  • Ofis proqramları (Word, Excel, PowerPoint) bilikləri;
  • Ünsiyyətcil, təşəbbüskar və öyrənməyə açıq;
  • Məsuliyyətli, vaxtı düzgün idarə edə bilən, komanda ilə işləməyi bacaran.

Təqdim etdiyimiz iş şərtləri:

İş qrafiki: 6 günlük iş rejimi.

İş yeri: Ağ şəhər;

Stabil, gecikməyən əmək haqqı;

Mütəmadi təlimlər;

Professional karyera inkişafı üçün perspektiv;