İşin təsviri
- Hazır məhsulların anbara qəbulu, yerləşdirilməsi və saxlanması prosesinə nəzarət etmək;
- Malların və məhsulların qəbul-təhvil, mədaxil-məxaric sənədlərini müvafiq qaydada rəsmiləşdirmək və sistemdə qeydiyyata almaq;
- Hazır məhsulun sifarişçilərə vaxtında yüklənməsi və göndərilməsi üçün tələb olunan sənədləri hazırlamaq, imzalanma və təsdiqlənmə prosesini izləmək;
- Anbar daxilində yüklərin düzgün yerləşdirilməsini, etiketlənməsini və səliqəsini təmin etmək;
- Anbarda olan hazır məhsulların sayına, vəziyyətinə və dövriyyəsinə nəzarət etmək;
- Məhsulun hərəkətinə dair aylıq və ya dövri hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək;
- Inventarlaşma prosesini təşkil etmək və sayımda birbaşa iştirak etmək;
- Yükləmə, boşaltma və daşınma proseslərinə rəhbərlik və nəzarət etmək;
- Anbarda yanğına qarşı ləvazimatların mövcudluğunu, saz vəziyyətdə olmasını və təhlükəsizlik normalarına uyğunluğunu yoxlamaq;
- Avadanlıqların və inventarların texniki vəziyyətinə nəzarət, vaxtında təmir və baxım işlərinin təşkili;
- Anbar sahəsində sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etmək;
- Əmək, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və sahə işçilərindən bunu tələb etmək;
- Zərurət olduqda hazır məhsulun keyfiyyətinə nəzarət, qablaşdırma və markalanma işlərinə dəstək vermək;
- İnformasiya sistemlərində (Glorri, ERP və ya 1C proqramında) məlumatların dəqiq və vaxtında daxil edilməsini təmin etmək;
- Şirkətin daxili qaydalarına və prosedurlarına uyğun olaraq səmərəli anbar idarəçiliyini həyata keçirmək.
Tələblər
- Orta ixtisas və ya ali təhsil (logistika, anbar təsərrüfatı, iqtisadiyyat və ya istehsalat sahəsində təhsil üstünlükdür);
- Anbar və ya logistika sahəsində azı 1 il iş təcrübəsi (hazır məhsul və ya istehsalat anbarında təcrübə üstünlükdür);
- Anbar idarəçiliyi və uçotu prinsiplərini, mədaxil-məxaric sənədlərinin rəsmiləşdirilməsini bilmək;
- ERP, 1C tipli idarəetmə sistemlərində işləmək bacarığı (üstünlükdür);
- Qaimə, faktura, təhvil-təslim aktları və müşayiətedici sənədlər barədə ümumi məlumatlı olmaq;
- Anbar təsərrüfatının təşkili üzrə əsasnamə, təlimat və normativ sənədləri, həmçinin mal-material qiymətlilərin saxlanması və dövriyyəsinə dair standartları bilmək;
- Anbarda avadanlıqların və materialların düzgün saxlanma qaydalarını, mal-material qiymətlilərinin yerləşdirilməsi prinsiplərini bilmək;
- Anbarda təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarını, istehsalat sanitariyası və yanğından mühafizənin tələblərini bilmək və əməl etmək;
- Azərbaycan Respublikasının əmək, mülki, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
- Yükləmə-boşaltma proseslərinin təşkili və komandaya rəhbərlik etmək bacarığı;
- Fiziki və texniki baxımdan sağlam, məsuliyyətli, diqqətli və operativ olmaq;
- Ezamiyyətlərə açıq olmaq və filiallararası koordinasiyada iştirak etmək;
- Daxili əmək intizam qaydalarına və şirkət prosedurlarına riayət etmək vərdişi.