İşin təsviri
- İnsan Resursları üzrə illik və dövri büdcənin hazırlanmasında iştirak etmək;
- Full-Time Equivalent planlaşdırılması və headcount analizləri aparmaq;
- HR xərclərinin büdcə ilə faktiki göstəricilər üzrə müqayisəsini aparmaq;
- Büdcə icrasında yaranan fərqləri (variance analysis) analiz etmək;
- Rəhbərlik üçün analitik HR maliyyə hesabatları və təqdimatlar hazırlamaq;
- HR və maliyyə komandası ilə büdcə planlaşdırılması üzrə koordinasiyanı təmin etmək;
- Struktur dəyişikliklərinin və yeni vakansiyaların büdcəyə təsirini qiymətləndirmək;
- HR büdcəsinin icrasına dair dövri hesabatlar hazırlamaq;
- HR-ın bütün qolları üzrə hesabatları hazırlamaq və vizuallaşdırmaq;
- İnsan Resursları üzrə analitik hesabatların hazırlanması və məlumatları təhlil etmək;
- HR məlumatları əsasında idarəetmə qərarlarını dəstəkləyən analitik metrik və hesabatları hazırlamaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəedilməsi və ya İnsan Resursları üzrə ali təhsil);
- HR analitika,HR Planlama və ya HR büdcələmə üzrə min 1-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, Ingilis dili və Rus dili biliyi üstünlükdür;
- Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
- Power BI, Power automate bacarıqlar üstünlükdür;
- Komanda ilə işləmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.