İşin təsviri
- ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi;
- Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi;
- İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması;
- Ezamiyyət əmrlərinin və ezamiyyət vərəqələrinin hazırlanması və rəsmiləşdirilməsi;
- İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi;
- Yeni əmək haqqı kartlarının sifarişi, müddəti bitmiş və ya itirilmiş kartların yenidən bərpası;
- İşçilərin turniket kartları ilə təmin olunması, gündəlik davamiyyətin elektron sistem üzərindən izlənməsi və aylıq tabelin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, sistemləşdirilməsi və xitam sənədlərinin arxivləşdirilməsi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və Sosial məzuniyyət sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və E-Gov portalına daxil edilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili və İngilis dili mütləqdir, rus dili biliyi isə arzuolunandır;
- İnsan Resursları əməliyyatları və sənədləşmə sahəsində minimum 3-5 il iş təcrübəsi;
- ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı;
- Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.