İşin təsviri
Təsvir
- İşə qəbul prosesinin həyata keçirilməsi (vakansiyaların tərtib olunması və paylaşılması, CV-lərin nəzərdən keçirilməsi, müsahibələrin keçirilməsi və uyğun namizədlərin seçilməsi);
- ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi;
- İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması;
- İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi;
- Davamiyyət tabellərinin tərtib olunması və maliyyə departamentinə təqdim edilməsi;
- Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi;
- Vəzifə təlimatlarının hazırlanması və əməkdaşlara təqdim olunması;
- Təlimlərin təşkil olunması;
- Team-buildinglərin təşkil olunması;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili və İngilis dili mütləqdir, Rus dili biliyi isə arzuolunandır;
- İnsan Resursları sahəsində minimum 3 il, işə qəbul sahəsində minimum 1 il iş təcrübəsi;
- ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı;
- Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı;
- Kommunikasiya bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: LANDAU School, Zabitlər parkı;
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Mütəmadi təlimlər;
- Professional karyera inkişafı üçün mükəmməl perspektiv;
- Həyatın yaşam və yığım sığortası;
- Push30 proqramında 75% endirim;
- Təhsildə endirilmlər;
- İş qrafiki: 6 günlük iş rejimi. I-V günlər 09:00-17:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00-14:00 aralığı.