İşin təsviri
- Şagirdlərin gündəlik davamiyyətini yoxlamaq, sistemə daxil etmək və dərsə gəlməyən şagirdlərin valideynləri ilə əlaqə saxlamaq;
- Müəllimlərin şagirdlərlə bağlı gündəlik rəy və qeydlərini valideynlərlə paylaşmaq;
- Valideynlərlə mütəmadi əlaqə saxlamaq, zəng və mesajlara operativ cavab vermək;
- Valideynlərlə akademik rəhbərlik arasında görüşlər təyin etmək və əlaqələndirmək;
- Zərurət olduqda şagirdlərə “support” dərsləri təyin etmək;
- Şagirdlərin məktəbdə qarşılaşdığı təşkilati və şəxsi çətinlikləri həll etmək, zəruri hallarda valideynlərlə əlaqələndirmə aparmaq;
- Şagirdlərin məktəbdaxili qaydalara riayət etməsinə nəzarət etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və Rus dili – sərbəst;
- Məsuliyyətli, stressə davamlı, işində dəqiq;
- Kompüter bilikləri: MS Office proqramları;
- Təşkilatçılıq qabiliyyəti;
- Zamanın idarə olunması.
Təqdim etdiyimiz iş şərtləri:
- İş yeri: LANDAU School, Zabitlər parkı;
- Stabil, gecikməyən əmək haqqı;
- Professional karyera inkişafı üçün perspektiv;
- İş qrafiki: 6 günlük iş rejimi.