İşin təsviri
- 1C proqramında əsas vəsaitlərin uçotu üzrə düzgün mühasibat müxabirləşmələrinin verilməsi;
- Əsas vəsaitlərin dövri inventarizasiyasının həyata keçirilməsi;
- Amortizasiya hesablanmasına, əsas vəsaitlərin müvafiq siniflər üzrə qalıqlarının doğru olmasına nəzarət etmək;
- Əsas vəsaitlər üzrə təmir xərclərinin qanunvericiliyin tələblərinə uyğun olaraq CAPEX və OPEX üzrə bölgüsü və uçotunun aparılması;
- İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli;
- Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi;
- Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniş tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə);
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi;
- 1C mühasibat proqramında sərbəst işləmə bacarığı;
- MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- ACCA F3 sertifikatı arzuolunandır;
- İngilis dili biliyi arzuolunandır;
- Detallara diqqətlilik və yüksək məsuliyyət hissi.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.