İşin təsviri
- Dərslərin planlaşdırılması, hazırlanması və keçirilməsi;
- Şagirdlərin fərdi ehtiyac və bacarıqlarına uyğun tədrisin həyata keçirilməsi;
- Tədris proqramının və dərs materiallarının hazırlanması və inkişaf etdirilməsi;
- Tədrisin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsinin təmin edilməsi;
- Şagirdlərin irəliləyişinin qiymətləndirilməsi, nəticələrinin qeydə alınması və mütəmadi rəy verilməsi;
- Şagirdlərin müxtəlif bilik və bacarıq səviyyələrinin idarə olunması;
- Təhlükəsiz və müsbət öyrənmə mühitinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə sertifikatlar;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Tədris metodları üzrə bilik;
- Güclü ünsiyyət bacarığı;
- Vaxtın düzgün idarə olunması bacarığı.
Təklif olunan şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: həftədə 5 gün;
- Məzuniyyət: 56 gün;
- İş yeri: Landau School, 9–11 Hazırlıq Məktəbi, Gənclik.