İşin təsviri
- Satış planı və aylıq hədəfləri yerinə yetirmək, etik satış prinsiplərinə riayət etmək;
- Valideynlərlə kommunikasiya, təqdimat və şagird qəbulunun artırılmasına fokuslanmaq;
- Şagird qəbulu üçün zənglər etmək, imtahan qeydiyyatını və prosesini təşkil etmək;
- Sosial media və digər kanallardan gələn müraciətlərə cavab verərək valideynləri LANDAU School, qəbul şərtləri və proqramlar barədə məlumatlandırmaq;
- Valideynlərlə telefon, WhatsApp və görüşlər vasitəsilə qəbul prosesini idarə etmək;
- ERP-də məlumatları yoxlamaq, müqavilələri hazırlamaq və imzalanmasını təmin etmək;
- İmtahan nəticələrinə əsasən şagirdlərin qəbulunu təmin etmək.
Tələblər
- Ali təhsil;
- Korporativ satış üzrə ən azı 1 il iş təcrübəsi mütləqdir (bank, sığorta sahələri üzrə arzu olunandır);
- Satış, inandırma və effektiv ünsiyyət bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi arzu olunandır;
- Peşəkar nitq mədəniyyətinə riayət;
- Tez adaptasiya və çevik işləmə bacarığı;
- Stressə davamlılıq və aktiv iş mühitinə uyğunlaşma;
- Telefon və yazılı ünsiyyətdə peşəkar davranış.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: həftədə 5 iş günü 10:00 – 19:00/09:00 – 18:00;
- Həyat yığım sığortası;
- Tibbi sığorta;
- Övladların təhsili üçün endirimlər;
- Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
- Təlim və inkişaf proqramları;
- Peşəkar inkişaf və karyera artımı imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.