Sosial media üzrə təcrübəçi

İşin təsviri

  • Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq;
  • mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək;
  • Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi;
  • Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək;
  • Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək;
  • Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq;
  • Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq;
  • Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək;
  • Platformanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.

Tələblər

– Ali təhsil:

– Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.

– Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları ilə təcrübə;

– Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint);

– Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları;

– Müştəri yönümlülük;

– Detallara diqqət.