Təlim və inkişaf üzrə koordinator (LANDAU Academy)

21 Yanvar 2026

İşin təsviri

  • Müəllimlər üçün tədris metodları və texnikaları üzrə təlimlərin hazırlanması və keçirilməsi;
  • Secondary (yuxarı sinif) müəllimləri üçün nəzəri və praktik təlimlərin təşkili;
  • Müəllimlərin dərs müşahidələrinin aparılması və rəy verilməsi;
  • Təlim materiallarının hazırlanması, yenilənməsi və sistemləşdirilməsi;
  • Müəllimlərin peşəkar inkişaf planlarının hazırlanması və icrasına dəstək göstərilməsi;
  • Beynəlxalq standartlara uyğun pedaqoji yanaşmaların tətbiqi və təşviqi;
  • Təhsillə bağlı layihələrin idarəsi və təşkili;
  • Təlimlərdən sonra müəllimlərin nəticələrinin izlənməsi və hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil (pedaqoji sahə üzrə);
  • İngilis dili müəllimliyi üzrə beynəlxalq məktəb sahəsində ən az 5 il iş təcrübəsi;
  • IGCSE üzrə tədris təcrübəsi;
  • Beynəlxalq kurikulum haqqında geniş bilik və təcrübə;
  • Beynəlxalq pedaqoji sertifikatlar (PGCE, CELTA, DELTA və s.);
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarıqları;
  • Müəllimlərin mentorluğu və müşahidə aparmaq təcrübəsi;
  • Təhsil layihələrinin idarəsi üzrə qabaqcıl bilik və bacarıqlar.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş rejimi: 09:00-18:00 (5 gün);
  • İş yeri: LANDAU Academy (Gənclik);
  • Peşəkar inkişaf imkanları.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.