Xaricdə təhsil üzrə əsas koordinator (Leznik&Co.)

İşin təsviri

– Xaricdə təhsil xidmətləri ilə bağlı müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətlərini göstərmək;

– Tələbənin təhsil istiqamətinin müəyyənləşdirilməsi və yol xəritəsinin tərtib olunması;

– Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;

– Texniki koordiantor tərəfindən universitet və yataqxana portallarına daxil olunan məlumatların yoxlanılması və təsdiqi;

– Texniki koordinator tərəfindən heyata keçirilən prosedurlara nəzarət edilməsi və dəstək göstərilməsi;

– Xarici universitetlər ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;

– Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;

– Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;

– Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;

– Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər

– Ali təhsil;

– İngilis dili – sərbəst danışıq və qrammatik düzgün yazının olması;

– Rus dili – böyük üstünlükdür;

– Bu sahədə təcrübə – mütləqdir;

– Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;

Satış bacarığı;

– Sorğuların operativ cavablandırılması qabiliyyəti;

– Kompüter bilikləri: MS Office proqramları;

– Təşkilatçılıq qabiliyyəti;

– Zamanın idarə olunması.

Təqdim etdiyimiz iş şərtləri:

Leznik&Co. ofisində individual iş yeri;

– Stabil, gecikməyən əmək haqqı;

– Mütəmadi təlimlər;

– İş qrafiki: 6 günlük iş rejimi

I – V günlər 10:00 – 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 – 14:00 aralığı.