Xaricdə təhsil üzrə texniki koordinator (Leznik&Co.)

İşin təsviri

– Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);

– Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini heyata keçirmək;

– Telegram üzərindən müştəri ilə iş qrupunun yaradılması, gündəlik izlənilməsi və sorğuların gün ərzində cavablandırılması;

– Tələbənin beynəlxalq imtahanlara qeydiyyatın aparılması;

– Ərizə qəbulu müddətinə əsasən, universitet portalında tələbə üçün şəxsi hesabın açılması və aktivləşdirilməsi;

– Ərizə formasının doldurulması və Baş koordinator tərəfindən yoxlanıldıqdan sonra təsdiq edilməsi;

– Ərizə forması təsdiqindən sonra tələbələrin e-mail və universitet portallarının yoxlanılması;

– Zəruri hallarda universitetin sorğusuna və qoyduğu müddətə əsasən sənədlərin göndərilməsi;

– Müvafiq məlumatların tələbənin şəxsi hesablarına daxil edilməsi;

– Lazımi təqdirdə sənədlərin tərcümə işlərinin və notarial təsdiqin sifarişi;

– Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;

– Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;

– Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;

– Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;

– Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər

– Ali təhsil;

– İngilis dili – sərbəst danışıq və qrammatik düzgün yazının olması;

– Rus dili – böyük üstünlükdür;

– Bu sahədə təcrübə – mütləqdir;

– Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;

Satış bacarığı;

– Sorğuların operativ cavablandırılması qabiliyyəti;

– Kompüter bilikləri: MS Office proqramları;

– Təşkilatçılıq qabiliyyəti;

– Zamanın idarə olunması.

Təqdim etdiyimiz iş şərtləri:

Leznik&Co. ofisində individual iş yeri;

– Stabil, gecikməyən əmək haqqı;

– Mütəmadi təlimlər;

– İş qrafiki: 6 günlük iş rejimi

I – V günlər 10:00 – 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 – 14:00 aralığı.