Çağrı Mərkəzi üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş qrafiki: 6 günlük

Əsas vəzifələr:

  • Müştərilərdən daxil olan zəngləri cavablandırmaq;
  • Müştərilərin suallarını cavablandırmaq və müraciətlərini yönləndirmək;
  • Kitablar və məhsullar haqqında müştərilərə məlumat vermək;
  • Onlayn satış sifarişlərini qəbul etmək və idarə etmək;
  • Onlayn satış kanalları üzrə müştərilərlə yazılı ünsiyyət qurmaq;
  • Müştəri müraciətlərini sistemdə qeydiyyata almaq;
  • 1C proqramında müvafiq əməliyyatları həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin təmin edilməsinə dəstək olmaq.

Namizədə tələblər:

  • Minimum 2 il iş təcrübəsi;
  • Kitablar və kitab məhsulları haqqında məlumatlı olmaq;
  • Onlayn satış sahəsində təcrübə;
  • 1C proqramı üzrə bilik və iş təcrübəsi;
  • Səlis və düzgün nitq qabiliyyəti;
  • Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Xarici dil biliyi üstünlükdür;
  • Kitab satışı və ya kitab sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

CV-lərinizi mövzu hissəsində “Çağrı Mərkəzi üzrə mütəxəssis” qeyd etməklə human.resources@libraff.az elektron poçt ünvanına göndərə bilərsiniz.