Daxili audit (sayım üzrə mütəxəssis)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali təhsil;
  • Müvafiq sahədə azı 2 il iş təcrübəsi;
  • Ofis proqramları və 1C proqramında işləmək bacarığı olmalı;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Sərbəst qərar verə bilmə bacarığı.

Vəzifələr

  • İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
  • İş planına əsasən anbarlarda və mağazalarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
  • Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
  • Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
  • Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
  • Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
  • Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
  • Hazırlanmış check list əsasında anbar və mağaza ərazilərinin auditini həyata keçirmək;
  • Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV sevda.garayeva@libraff.az elektron poçt ünvanına təqdim edə bilərlər