Kompüter Operatoru

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Daxil olan məlumatların (pasiyent məlumatları, analiz nəticələri, sənədlər və s.) sistemə dəqiq və operativ şəkildə daxil edilməsi
  • Elektron bazada məlumatların düzgünlüyünün yoxlanılması və yenilənməsi
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Sənədlərin qəbulu, qeydiyyatı və arxivləşdirilməsi
  • Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi (lazım olduqda)
  • Ofis proqramları (Excel, Word və s.) ilə gündəlik işlərin görülməsi

Namizədə tələblər:

  • Orta ixtisas və ya ali təhsil
  • Azərbaycan dilini sərbəst bilmək (rus və ya ingilis dili biliyi üstünlükdür)
  • MS Office proqramlarında (Word, Excel) işləmə bacarığı
  • Sürətli yazı qabiliyyəti və kompüterdən aktiv istifadə bacarığı
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq
  • Komandada işləmə və ünsiyyət bacarığı
  • Stressə davamlılıq və operativ qərar vermə qabiliyyəti
  • Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (tibbi sahə biliyi arzuolunandır)

Əmək haqqı:

  • Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kompüter Operatoru” qeyd edərək vacancy@livhospital.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.