Vakansiya haqqında
Şirkətimiz Bakı şəhərində satış fəaliyyətinin inkişafına, mövcud satış nöqtələrinin effektiv idarə olunmasına və yeni tərəfdaşların cəlb edilməsinə dəstək göstərəcək Satış təmsilçisi axtarır.
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
Əmək haqqı müsahibə zamanı müzakirə olunur:
Əlavə təminatlar: Bonus sistemi, yemək xərclərinin qarşılanması, mobil rabitə təminatı, xidməti avtonəqliyyət.
Əsas vəzifə öhdəlikləri:
Təyin olunmuş ərazidə satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq;
Mövcud satış nöqtələri ilə əməkdaşlığı inkişaf etdirmək və yeni satış nöqtələrini cəlb etmək;
Satış nöqtələrinə mütəmadi səfərlər etmək, satış fəaliyyətini və məhsul ehtiyatlarını izləmək;
Agentlərə məhsullar, oyunlar, terminallar və satış mexanizmləri üzrə məlumat və təlim vermək;
Satış nöqtələrində şirkət standartlarına, ticarət marketinqi və POP materiallarının yerləşdirilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
Agentlərdən daxil olan müraciət və şikayətləri araşdırmaq, həlli istiqamətində tədbirlər görmək;
Satış nəticələrini təhlil etmək və müvafiq hesabatları hazırlamaq;
Yeni layihələrin və satış təşviqi proqramlarının həyata keçirilməsində iştirak etmək.
Təyin olunmus ərazi üzrə rout ziyaretini icra etmek;
Təyin olunmus ərazi üzrə satis nöqtələrinin is fealiyetine nezaret;
Tələblər
- Satış sahəsində minimum 2 il iş təcrübəsi
- MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı
- Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Nəticəyönümlülük, yüksək motivasiya, məsuliyyətlilik və komandada işləmə bacarığı
- B kateqoriyalı sürücülük vəsiqəsi və minimum 2 illik sürücülük təcrübəsi
- Mükəmməl təşkilatçılıq və təqdimat bacarıqları
- Dəyişikliklərə tez adaptasiya
Üstünlük hesab olunur
- Ali təhsil (üstünlükdür)
Oxşar elanlar
- Operator (Masazır ərazisi)Mətanət A Şirkətlər Qrupu · Bu gün
- Virtual müştəri xidmətləri departamentinin KOS müştərilərə dəstək şöbəsinin KOS müştərilərə dəstək 2 qrupunun Kiçik mütəxəssisiPasha Bank · Bu gün
- Sales ManagerULU Hospitality Group · Dünən
- Pərakəndə üzrə Satış təmsilçisiSirab Satış və Dağıtım MMC · 2 gün əvvəl
- Layihələr üzrə korporativ satış mütəxəssisiPro Con izo MMC · 2 gün əvvəl
- Account ManagerIRES · 2 gün əvvəl