İşin təsviri
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Qrafik dizayner axtarır. Bir gündə brendbuk, ertəsi gün reklam kampaniyası — burada eyni işi təkrarlamırsan.
Vəzifə öhdəlikləri:
- Sosial media, reklam kampaniyaları və saytlar üçün qrafik materialların hazırlanması
- Brend identikası ilə iş: loqotip, rəng palitrası, brendbuk
- Çap materialları: katalog, buklet, bilbord, POS materiallar
- Banner və reklam kreativlərinin hazırlanması, formatlar üzrə uyğunlaşdırılması
- SMM və kopiraytinq komandası ilə birgə kontent hazırlanması
- Hazır materialların brend üslubuna uyğunluğuna nəzarət
Tələblər:
- Qrafik dizayn üzrə ən azı 2 il təcrübə
- Adobe Photoshop və Illustrator üzrə peşəkar bilik
- Tipoqrafika, kompozisiya və rəng üzrə möhkəm biliklər
- Çap üçün fayl hazırlamaq bacarığı (CMYK, bleed, pre-press)
- Portfolio — real layihələrdən nümunələr (mütləqdir)
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
- Adobe After Effects və ya Premiere Pro ilə motion dizayn
- InDesign, CorelDRAW
- Figma ilə işləmə bacarığı
- Süni intellekt alətləri ilə iş təcrübəsi
Biz sənə nə təklif edirik:
- Sabit əmək haqqı: 1 000 – 1 500 AZN (təcrübəyə və portfolioya görə)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Müxtəlif sənaye sahələrindən tanınmış brendlərin layihələri
- Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda
- İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
- Qısa zamanda zəngin portfel formalaşdırmaq imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.