İşin təsviri
- Yüklərin anbarında təhlükəsiz şəkildə saxlanması və təhvil-təslim proseslərinin düzgün icrasını təmin etmək.
- Anbarda olan yüklərin siyahısını tərtib etmək, faktiki mövcudluqla sənədləşmə məlumatlarının uyğunluğunu təmin etmək.
- Yüklərin faktiki miqdarını, qablaşdırılma vəziyyətini və markalanmanın düzgünlüyünü dəqiqləşdirmək.
- Məhsulun xüsusiyyətinə və saxlama tələblərinə əsasən, yüklərin anbarda səmərəli və təhlükəsiz şəkildə yerləşdirilməsini təşkil etmək.
- Uyğunsuzluq müşahidə olunmayan yükləri anbara qəbul etmək, istiqamətlər və marşrutlar üzrə komplektləşdirməni həyata keçirmək.
- Yüklərin hərəkəti ilə bağlı məlumatları «Anbar» və ya digər proqramlarda qeydiyyata almaq.
- Transfer və bölgələr arası daşınan yüklərin qəbul və təhvil proseslərində qablaşdırma, plomb, möhür və markalanmanın düzgünlüyünü yoxlamaq.
- Yüklərin anbar daxilində və nəqliyyat vasitələrində mexanizasiya vasitələri ilə düzgün şəkildə yerləşdirilməsini təmin etmək, xəbərdaredici nişan və təhlükəsizlik tələblərinə əməl olunmasına diqqət yetirmək.
- Uyğunsuzluq hallarında (sənədləşmə, say və ya çəki fərqi, qablaşdırmanın zədələnməsi, məhsul itkisi) nasazlıq aktının tərtibində iştirak etmək.
- Aylıq və ya zərurət yaranan zaman anbarda olan məhsulların SİT hesabatını hazırlamaq və paylaşmaq.
Tələblər
Ali və ya orta ixtisas təhsili (Logistika, İdarəetmə sahəsində üstünlük).
Minimum 2-3 il anbar və logistika sahəsində iş təcrübəsi.
ERP/WMS proqramları və MS Office bilikləri.
Komanda idarəetmə bacarığı, məsuliyyətlilik və operativ qərarvermə.
Azərbaycan dili mütləq, rus və ingilis dili üstünlükdür.
Qeyd: İş tək növbəlidir. İş saatı 21:00-06:00-a qədərdir.