İşin təsviri
- İşçilərin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının inkişaf etməsi məqsədi ilə təlimatlandırmaq və qiymətləndirmək.
- Peşə sağlamlığının qorunması və təhlükəsiz əmək şəratinin yaradılmasına tövsiyələr vermək və nəzarət etmək,
sahə üzrə yoxlamalar apararaq təhlükələri müəyyən etmək. - İstehsal qəzalarının səbəblərinin araşdırılmasında iştirak etmək və oxşar qəzaların baş verməməsinə nəzarət etmək.
- Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
Tələblər
- Ali təhsil – Ətraf Mühit Mühafizəsi və ya müvafiq ixtisas üzrə bakalavr/magistr dərəcəsi
- MS Office proqramlarında işləmə bacarığı.
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı.
Əlavə qeyd:
- IOSH Managing Safely və ya NEBOSH IGC sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.