İşin təsviri
- Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları) hazırlamaq.
- Cəmiyyətin məruz qala biləcəyi rislərin idarə olunması üçün tədbirlər planı hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Cəmiyyətdə risklərin idarə edilməsi sisteminin və nəzarət mühitinin formalaşması istiqamətində işləri həyata keçirmək.
- Risk reyestrin hazırlanması, yeni aşkarlanan risklərin qeydiyyatının aparılması, qiymətləndirilməsi və reyestrin mütəmadi yenilənməsi
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələri iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək.
- Biznes proseslərin monitorinqini həyata keçirmək və qüsurları müəyyən edərək aradan qaldırılması üçün təkliflər hazırlamaq.
- Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət etmək.
Tələblər
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
- Təhsil: Audit, Risklərin idarə olunması, Maliyyə, Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil.
- Kompüter bilikləri: MS Office (əla) və MS Visio (əla) proqramlarında işləmə bacarığı.
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (orta)
Vakansiya haqqında
- Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.