Soyuducuların təmiri və hərəkəti üzrə mütəxəssis

İşin təsviri

Soyuducu inventarının göndəriş və geri qaytarılması ilə bağlı sənədlərin qəbul edilməsi və sistemə daxil edilməsi;

Soyuduculara aid sənədlərin skan edilməsi və arxivləşdirilməsi;

Soyuducu təmiri ilə bağlı müraciət formalarının toplanması və sistemdə qeydiyyata alınması;

Təmir olunmuş soyuducuların izlənilməsi, vəziyyəti ilə bağlı satış əməkdaşları və müştərilərdən məlumatların toplanması;

Hesabatların və məlumatların dəqiqliyinə nəzarət edilməsi;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Nə təklif edirik:

Nahar təminatı

Korporativ mobil nömrə

Qeyd: Vakansiya müvəqqəti xarakter daşıyır (3 ay müddətinə).

Tələblər

Ali təhsil;

Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarıqları;

MS Office proqramlarında (Excel, Word, PowerPoint) yaxşı səviyyədə işləmək bacarığı;

Microsoft Outlook proqramından sərbəst istifadə bacarığı;

Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.