İşin təsviri
- MS SQL Server verilənlər bazalarının inkişaf etdirilməsi və texniki dəstəyinin təmin edilməsi
- ERP, CRM və digər korporativ sistemlərin verilənlər bazası infrastrukturunun dəstəklənməsi
- Stored Procedure, Function, View, Trigger və digər verilənlər bazası obyektlərinin hazırlanması və təkmilləşdirilməsi
- Müxtəlif korporativ sistemlər arasında məlumat inteqrasiyalarının hazırlanması və fasiləsiz işləməsinin təmin edilməsi
- Biznes tələblərinə uyğun yeni hesabatların, dashboard-ların və analitik sorğuların hazırlanması
Tələblər
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili – yüksək səviyyədə, İngilis dili və ya Rus dili arzuolunandır
- MS office / ERP sistemləri / MS SQL Developer biliyi
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Detallara diqqət və yüksək məsuliyyətlilik
- Komandada effektiv əməkdaşlıq və güclü kommunikasiya bacarıqları
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.