İşin təsviri
- Şirkətin müəyyən edilmiş bölgə üzrə satış planlarının və strateji məqsədlərinin icrasını təmin etmək
- Bölgə üzrə satış və paylama fəaliyyətini planlaşdırmaq, idarə etmək və nəzarətdə saxlamaq
- Satış menecerləri, nümayəndələr və bölgə komandasının fəaliyyətinə rəhbərlik etmək
- Aylıq, rüblük və illik satış nəticələrini təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafını təmin etmək
- Bölgə üzrə bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri ehtiyaclarını analiz etmək
- Satış kanallarının effektivliyini qiymətləndirmək və təkmilləşdirmə üzrə təkliflər vermək
- Marketinq şöbəsi ilə birgə regional kampaniya və təqdimatların həyata keçirilməsində iştirak etmək
- Komandanın motivasiyasını, təlimini və peşəkar inkişafını təmin etmək
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək
- Şirkətin qiymət, satış və xidmət siyasətinə riayət olunmasını təmin etmək
- Bölgə üzrə xərclərin optimallaşdırılmasına və resurslardan səmərəli istifadəyə nəzarət etmək
- Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və düzgün şəkildə icra etmək
Tələblər
Təhsil: Ali təhsil
İş təcrübəsi: Sahə üzrə rəhbər vəzifəsində minimum 2 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili arzu olunandır.
Kompüter bilikləri: MS Excel, Word, PowerPoint və Outlook proqramları ilə işləmə bacarığı
Sertifikatlar: Komanda idarəetməsi üzrə təlim və ya sertifikatların olması üstünlükdür
Xüsusi tələblər:
- Satış və bazar analizi aparmaq bacarığı
- Satışın planlaşdırılması və proqnozlaşdırılması üzrə bilik və təcrübə
- Analitik düşünmə və nəticəyönümlü işləmə bacarığı