Vergi uçotu üzrə aparıcı mütəxəssis

İşin təsviri

Təsvir

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;

Aylıq, rüblük və illik vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;

Vergi hesablamalarının düzgün aparılması və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi;

Dövlət orqanları ilə vergi və maliyyə məsələləri üzrə müvafiq hesabatların və yazışmaların aparılması;

Əməkhaqqı üzrə vergilərin və məcburi sosial ödənişlərin düzgün hesablanması və uçota alınması;

Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və sənədlərin hazırlanmasına dəstək göstərmək;

Ay sonu və il sonu bağlanış proseslərində iştirak etmək.

Əlavə bacarıqlar:

1C proqramında sərbəst işləmək bacarığı;

Vergi və maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə.

Tələblər

Təhsil – Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

İş təcrübəsi – Vergi uçotu və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;

Dil bilikləri – Azərbaycan dili sərbəst, İngilis dili orta səviyyədə

Kompüter bacarıqları – MS office (excel – yüksək səviyyədə)