Sosial Media üzrə Mütəxəssis

İşin təsviri

Təsvir

Sosial media kampaniyalarının planlaşdırılması, icrası və optimallaşdırılması;

Şirkətin sosial media kanallarında (Facebook, Instagram, LinkedIn və s.) yaradıcı məzmun hazırlamaq və paylaşmaq;

Müsbət müştəri təcrübəsi yaratmaq və brendin mövqeyini möhkəmləndirmək üçün kreativ sosial media məzmunları hazırlamaq;

Sosial media reklamlarının hazırlanması və effektiv idarə olunması (Meta Ads, Google Ads və s.);

Sosial media üzərindən müştərilərlə interaktiv ünsiyyət qurmaq və sorğulara cavab vermək;

Sosial media göstəricilərinin təhlili, hesabatların hazırlanması və optimallaşdırma üçün təkliflər vermək.

İş şəraiti:

İş yeri: Luxen Plaza;

İş qrafiki: 5 günlük;

İstirahət: Şənbə və bazar günü;

Korporativ nömrə;

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Tələblər

Marketinq, İctimaiyyətlə Əlaqələr, İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil;

Sosial media mütəxəssisi və ya oxşar sahədə minimum 1-2 illik iş təcrübəsi;

Sosial media platformalarının idarə edilməsi və analitik alətlərin istifadəsi bacarığı (Hootsuite, Buffer, Google Analytics, Facebook Insights və s.);

Yaradıcı məzmun hazırlama bacarığı;

Dil bilikləri: Azərbaycan dili yüksək (İngilis və rus dilləri arzuolunandır)