İşin təsviri
- Mövcud kredit məhsulları və proseslərinin təhlili, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təşəbbüslərin hazırlanması və icrasında iştirak;
- Kredit müraciətlərinin emalı və qərarvermə proseslərinin sadələşdirilməsi, sürətləndirilməsi və effektivliyinin artırılmasına dəstək;
- Yeni məhsul və həllərin hazırlanması zamanı məhsul şərtlərinin, qərarvermə məntiqinin və proses axınlarının (flow) formalaşdırılmasında iştirak;
- Data əsaslı qərarvermə yanaşmalarının tətbiqinə və inkişafına töhfə vermək;
- Məhsul və proses tələblərinin strukturlaşdırılması, biznes tələblərinin (business requirements) hazırlanması və sənədləşdirilməsi;
- IT Business Analitiklər və development komandaları ilə sıx əməkdaşlıq edərək texniki tələblərin formalaşdırılması və implementasiya prosesinin izlənilməsi;
- Kredit proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslərdə iştirak;
- Mövcud proseslərdə boşluqların və bottleneck-lərin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
- Müxtəlif biznes və dəstək funksiyaları arasında koordinasiyanın təmin olunmasına dəstək.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- SME kreditləri və ya korporativ kredit təhlili üzrə minimum 3 il iş təcrübəsi
- Səlis Azərbaycan dili, İngilis dili biliyi (üstünlükdür)
- Excel yüksək səviyyədə, SQL (üstünlükdür)
- API, sistem inteqrasiyası və əsas IT anlayışları barədə baza bilikləri (üstünlükdür)
- Biznes proseslərin modelləşdirilməsi üzrə anlayış
- Maliyyə hesabatlarının təhlili və kredit riskinin qiymətləndirilməsi üzrə dərin biliklər
- Underwriting və kredit qərarvermə prosesləri üzrə praktiki təcrübə
- Proseslərin optimallaşdırılması və strukturlaşdırılması bacarığı
- Analitik və data əsaslı düşünmə qabiliyyəti
- Güclü ünsiyyət və stakeholder idarəetmə bacarıqları
- Biznes və risk balansını düzgün qiymətləndirmə bacarığı