Əmək haqqı üzrə mühasib

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun
  • İş yeri: Melissa Group (Baş ofis)

Vəzifə öhdəlikləri:

  • Aylıq əməkhaqqını tarif məzənnələri, ştat cədvəli və müqavilə şərtlərinə uyğun hesablayır; Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişləri qanunvericiliyə uyğun hesablayır;
  • Mükafat, stimullaşdırıcı əlavələr və bonus hesablamalarını müvafiq qərarlar əsasında həyata keçirir;
  • Gecikmələr, artıq iş, gecə növbəsi, bayram və istirahət günlərində işə görə ödənişləri düzgün rəsmiləşdirir;
  • Vergi və sosial ödənişlərin hesablanması;
  • Əmək haqqı kartlarını sifariş edir və işçilərə təhvil verir;
  • Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlik sığortası və icbari tibbi sığorta haqları üzrə tutulmaları aparır;
  • Podratçılar və subpodratçıların müvafiq müvafiq müqavilə əsasında təyin olunan ödəmələrinin həyata keçirilməsi üzrə rəhbərliyin tapşırıqlarını icra edir;
  • Ödənişləri elektron sistemlərdə rəsmiləşdirir və rüblük/illik hesabatlar üçün məlumatları hazırlayır;
  • Vergi və DSMF hesabatları üzrə müvafiq uçotu aparır və baş mühasibə təqdim edir;
  • Davamiyyət cədvəllərinin doğruluğunu yoxlayır və müvafiq düzəlişləri edir;
  • Əməkhaqqı cədvəllərini hazırlayır, təsdiq prosesini təşkil edir. Aylıq əməkhaqqı üzrə daxili maliyyə hesabatlarını hazırlayır;
  • Audit yoxlamaları üçün tələb olunan məlumatları təqdim edir;
  • Ödəniş cədvəllərini bank sistemi üçün hazırlayır;
  • Banka əməkhaqqı siyahılarının ötürülməsini və icrasını nəzarətdə saxlayır;
  • Əmək və vergi qanunvericiliyi ilə bağlı bütün yenilikləri izləyir;
  • Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi; hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
  • Müvafiq vəzifədə 2 ildən artq iş stajı (istehsalat / tikinti sahəsində olması arzuolunandır);
  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
  • Əmək Məcəlləsi və əlaqəli normativ aktlar;
  • Vergi Məcəlləsi və fiziki şəxslərin gəlir vergisi üzrə tələblər;
  • Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əmək haqqı uçotunun metodologiyası;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • 1C 8.2 və 8.3 proqramlarında işləmək bacarığı mütləqdir;
  • Komandada işləmə bacarığı;
  • 30-45 yaş arası bəy namizədlər.

CV-lərinizi hr@melissagroup.az elektron poçt ünvanına “Əmək haqqı üzrə mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.