İnsan resursları üzrə baş mütəxəssis (tikinti üzrə)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 1500-1800 AZN
  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri

İşin Təsviri:

  • Şirkətin HR strategiyasını hazırlamaq və icrasını təmin etmək
  • İşə qəbul, yerləşdirmə və adaptasiya proseslərini idarə etmək
  • Əmək müqavilələrinin hazırlanması və qanunvericiliyə uyğunluğa nəzarət etmək
  • ƏMAS və İSB sistemlərində əməliyyatların düzgün icrasına nəzarət etmək
  • İşçilərin davamiyyət uçotunun aparılması və tabelin işlənməsi.
  • İşçi heyətinin şəxsi işlərinin aparılmasını təmin etmək
  • Məzuniyyət, ezamiyyət və işdən çıxma proseslərini idarə etmək
  • Performans qiymətləndirmə sistemini qurmaq və tətbiqinə nəzarət etmək
  • Təlim və inkişaf proqramlarını təşkil etmək
  • İşçi məmnuniyyətinin artırılması üçün tədbirlər həyata keçirmək
  • HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək

Namizədə Tələblər:

  • Ali təhsil (HR, idarəetmə və ya əlaqəli sahə üzrə)
  • HR sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Rəhbər vəzifədə təcrübə üstünlük hesab edilir
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək
  • ƏMAS, İSB, 1C və MS Office proqramlarında işləmə bacarığı
  • Liderlik, analitik düşünmə və qərarvermə bacarıqları
  • Dil bilikləri üstünlük hesab edilir
  • Tikinti sahəsində təcrübəsinin olması mütləqdir.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə baş mütəxəssis (tikinti üzrə)” qeyd edərək, hr@melissagroup.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.