MEP üzrə mühəndis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Bina və tikinti layihələri üzrə MEP sistemlərinin (HVAC, elektrik və santexnika) layihələndirilməsi və tətbiqinə nəzarət;
  • HVAC sistemləri (isitmə, soyutma, havalandırma) üzrə texniki həllərin hazırlanması və optimallaşdırılması;
  • Elektrik sistemlərinin (işıqlandırma, güc paylanması, zəif cərəyan sistemləri) layihələndirilməsi və yoxlanılması;
  • Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin texniki dizaynının hazırlanması;
  • Layihə üzrə AutoCAD və digər proqramlarda texniki çertyojların hazırlanması və yenilənməsi;
  • Layihələrin yerli və beynəlxalq standartlara (SNIP, NFPA, IEC və s.) uyğunluğunun təmin edilməsi;
  • Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya və clash detection prosesinin aparılması;
  • Tikinti sahəsində görülən işlərin layihəyə uyğunluğuna texniki nəzarət və monitorinq;
  • Podratçı və subpodratçıların işinin qiymətləndirilməsi və yönləndirilməsi;
  • Texniki problemlərin analizi və operativ həll yollarının təqdim edilməsi;
  • Layihə üzrə material və avadanlıqların seçilməsi, texniki spesifikasiyaların hazırlanması;
  • İş qrafiklərinin izlənməsi və layihənin vaxtında icrasına nəzarət;
  • Texniki hesabatların, aktların və digər sənədlərin hazırlanması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • Enerji səmərəliliyi və sistemlərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (Mexanika, Energetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə)
  • MEP mühəndis və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
  • HVAC, elektrik və santexnika sistemləri üzrə praktiki və texniki biliklər
  • AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı
  • Layihə sənədlərinin oxunması və hazırlanması bacarığı
  • Yerli və beynəlxalq standartlar üzrə biliklər
  • Texniki problemləri analiz edib həll etmə qabiliyyəti
  • Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları
  • Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı

Əlavə məlumat

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş rejimi: 5 günlük iş qrafiki
  • İş yeri: Melissa Group (Baş ofis)

Uyğun namizədlər CV-lərini hr@melissagroup.az elektron poçt ünvanına “MEP üzrə mühəndis” başlığı ilə göndərə bilər.