İşin təsviri
- İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
- İş yeri: Melissa Group
İşin Təsviri:
- Mühafizə rəisinin tapşırıqlarını icra etmək və onun olmadığı hallarda funksiyalarını icra etmək;
- Obyektin təhlükəsizlik sisteminin fasiləsiz və effektiv fəaliyyətinə nəzarət etmək;
- Mühafizə heyətinin işini təşkil etmək, növbə cədvəllərini hazırlamaq və idarə etmək;
- Giriş-çıxış rejiminə nəzarət etmək və qaydaların düzgün tətbiqini təmin etmək;
- Ərazi daxilində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Fövqəladə hallarda operativ qərarlar vermək və prosesləri koordinasiya etmək;
- CCTV və digər təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
- Mühafizə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək və təlimatlandırmaq;
- Hadisələr üzrə araşdırma aparmaq və hesabatlar hazırlamaq;
- Təhlükəsizlik risklərini müəyyən edib qarşısının alınması üçün tədbirlər görmək.
Namizədə Tələblər:
- 30-38 yaş aralığında bəy namizədlər;
- Təhlükəsizlik sahəsində iş təcrübəsi mütləqdir;
- Fiziki hazırlıq və operativ qərarvermə bacarığı;
- CCTV və təhlükəsizlik sistemləri üzrə biliklər;
- Nizam-intizamlı, məsuliyyətli və liderlik qabiliyyətli;
- Stressə davamlı və çevik qərar verə bilən;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ya ingilis dili üstünlükdür).
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mühafizə rəisinin müavini” qeyd edərək, vakansiya@melissagroup.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.