Büdcələmə və xərclərə nəzarət üzrə kiçik mütəxəssis

İşin təsviri

Əmək haqqı – Danışıq əsasında

İş yeri Bakı – Dərnəgül

İşin təsviri

  • Şirkətin büdcə və xərclərinin düzgün planlaşdırılmasına dəstək vermək;
  • Xərclərin effektiv izlənməsi və təhlilini aparmaq;
  • Müvafiq maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında komandanı dəstəkləmək;
  • Büdcə icrasını monitorinq etmək və rəhbərliyə vaxtında məlumat vermək.

Tələblər

  • Ali təhsil (mühasibat uçotu, iqtisadiyyat, maliyyə, audit);
  • 1 ilə dək iş təcrübəsi arzuolunandır;
  • MS Excel üzrə biliklər;
  • ACCA sertifikatlarının olması arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət qabiliyyəti;
  • Analitik qabiliyyət, detallara fokus, kritik düşüncə tərzi və nəticə yönümlü işləmək bacarığı.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.