İşin təsviri

Əmək haqqı – Danışıq əsasında

İş yeri Bakı – Dərnəgül

İşin təsviri

  • Gündəlik mühasibat uçotu əməliyyatlarının aparılması və proqram təminatında əks etdirilməsi;
  • Alış, satış, xidmət və digər təsərrüfat əməliyyatları üzrə ilkin sənədlərin yoxlanması və uçota alınması;
  • Elektron qaimələrin göndərilməsi;
  • Bank əməliyyatlarının icrası, ödəniş tapşırıqlarının hazırlanması,bank çıxarışlarının işlənməsi;
  • Debitor və kreditor borcların izlənməsi və üzləşdirilməsi, qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
  • Anbar və mal-material uçotunun aparılması;
  • Mühasibat uçotu sənədlərinin tərtibi,sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi;
  • Vergi və audit yoxlaması zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyasının hesablanması.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat);
  • Müvafiq vəzifədə 1 ilə dək iş təcrübəsi;
  • Mühasibat proqramlarında və Excel-də işləmək bacarığı;
  • Əmək və vergi qanunvericiliyinin əsasları;
  • E-gov, e-taxes portalları ilə işləmək bacarığı.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.