İşin təsviri
- Anbara daxil olan materialların, xammalın, ehtiyat hissələrinin, alətlərin və digər mal-material qiymətlilərinin qəbulunu həyata keçirir.
- Qəbul zamanı faktiki miqdarları müşayiətedici sənədlərlə – qaimə, sifariş, təhvil-təslim aktı və digər sənədlərlə müqayisə edir.
- Məhsulların və materialların xarici görünüşünü, qablaşdırılmasını, markalanmasını və mümkün zədələnmələri yoxlayır.
- Aşkar edilmiş çatışmazlıq, artıq miqdar, zədə və ya sənədlə faktiki göstəricilər arasında uyğunsuzluq barədə dərhal birbaşa rəhbərinə məlumat verir.
- Qəbul edilmiş materialların təyinatına, növünə, markasına, ölçüsünə və saxlanma şəraitinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsini təmin edir.
- Metal məmulatların, ehtiyat hissələrinin, podşipniklərin, elektrik komponentlərinin, yağlayıcı materialların, alətlərin və digər istehsalat materiallarının qəbulu, saxlanılması və zədələnməsinin qarşısının alınmasını təşkil edir.
- Materialların saxlanması zamanı paslanma, nəmlik, temperatur, tozlanma, mexaniki zədə və digər risklərdən qorunması üçün müəyyən edilmiş tələblərə əməl edir.
- İstehsalat sahələrinə, sexlərə və digər struktur bölmələrinə materialları yalnız təsdiq edilmiş tələbnamə, qaimə və ya digər müvafiq sənədlər əsasında buraxır.
- Materialların buraxılması zamanı nomenklatura, marka, ölçü, miqdar və digər göstəricilərin sənədlərə uyğunluğunu yoxlayır.
- Anbara daxil olan və anbardan çıxan bütün mal-material əməliyyatlarının vaxtında uçota alınmasını təmin edir.
- Elektron uçot sistemində və ya müvafiq anbar jurnallarında materialların giriş-çıxış əməliyyatlarını qeyd edir.
- Faktiki anbar qalıqlarının uçot sistemi məlumatları ilə uyğunluğuna nəzarət edir.
- Dövri və illik inventarizasiyalarda iştirak edir.
- İnventarizasiya zamanı materialların faktiki sayılmasını, çəkilməsini və ölçülməsini həyata keçirir.
- Aşkar olunmuş artıq və əskik qalıqlar barədə inventarizasiya komissiyasına və birbaşa rəhbərinə məlumat verir.
- Minimum ehtiyat səviyyəsinə yaxınlaşan və ya tükənməkdə olan materiallar barədə vaxtında aidiyyəti şəxslərə məlumat verir.
- Uzun müddət istifadə olunmayan, yararsız və zədələnmiş materialları müəyyən edir və rəhbərliyə məlumat verir.
- Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin edir.
- Keçid yollarının, yanğın çıxışlarının və yanğınsöndürmə vasitələrinin qarşısının bağlanmasına yol vermir.
- Anbara icazəsiz şəxslərin daxil olmasına və material qiymətlilərinin icazəsiz çıxarılmasına yol vermir.
Tələblər
- Təhsil: Ali və ya orta təhsil;
- Yaş həddi: 26-40;
- İş təcrübəsi: Minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bilikləri: MS Office bilikləri, 1C 8.3, SAP və digər anbar proqramları;
- ERP sertifikatı arzuolunandır;
İş şəraiti;
- İş saatları: 08:00 – 17:00;
- İş qrafiki: 6 gün, 1 gün istirahət;
- İş yeri: Elberg Zavodu (Hacıqabul rayonu, Atbulaq kəndi).
Biz nə təklif edirik:
- Əmək haqqı (Razılaşma yolu ilə);
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.