İşin təsviri

Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və ştabellərə yığılmasında akkumulyatorlu yükvuranların və bütün xüsusi mexanizmlərin, qurğuların idarə olunması;

Yükvuranın və bütün mexanizmlərin cari təmiri və texniki xidməti;

Yükvuran və onun mexanizmlərinin işində nasazlıqların müəyyənləşdirilməsi və onların ləğv edilməsi;

Yükvurma və yük tutma mexanizm və qurğuların planlı texniki baxış və təmir proseslərində iştirak;

Akkumulyatorun enerji ilə təmin olunması və düzgün istismarının təmin edilməsi.

İş şəraiti:

İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);

Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).

Qeyd: Çeylidağ və Qobustan rayonu (Şamaxı tərəf) ərazisi istiqamətində yaşayanlara üstünlük veriləcəkdir.

Əlaqə nömrəsi: 050 208 66 95

Tələblər

Ali və ya orta texniki təhsil;

İstehsalat və ya tikinti sahəsində 1 il iş təcrübəsi;

Müvafiq sahəyə aid sertifikatlar;

Davamlı inkişaf;

Keyfiyyət yönümlülük.