İşin təsviri
- Avtokar texnikasının təhkim olunduğu ərazidə düzgün və təhlükəsiz idarə etmək;
- İşə başlamazdan əvvəl avtokara ümumi texniki baxış keçirmək və texnikanın saz vəziyyətdə olub-olmamasını yoxlamaq
- İşə başlamazdan əvvəl texnikanın mühərrikinin isidilməsi məqsədi ilə texnikanın işlək vəziyyətdə (3-5 dəqiqə) saxlanılması
- Anbara daxil olan malların istehsal tarixinə uyğun olaraq qruplaşdırılıb təhlükəsiz şəkildə anbarda təyin olunmuş yerlərə yığılması
- Anbara daxil olan və çıxarılan malları / yükləri avtokarla təhlükəsiz şəkildə daşımaq;
- Daşınacaq yükləri təlimata uyğun şəkildə qəbul etmək, boşaltmaq və təyinat yerinə vaxtında çatdırmaq;
- Məhsulların müəyyən olunmuş yerə düzgün və səliqəli şəkildə yığılmasını təmin etmək;
- Yükləmə və boşaltma əməliyyatlarını səliqəli və zərərsiz yerinə yetirmək;
- Avtokarın texniki vəziyyətini daim nəzarətdə saxlamaq və nasazlıq hallarında məsul şəxsə məlumat vermək;
- Gündəlik işə başlamazdan əvvəl və sonra avtomobilin texniki baxışını aparmaq;
- Yanacaq, yağ və digər ehtiyacların normaya uyğun istifadəsinə nəzarət etmək.
- Yanacaq sərfiyyatını səmərəli planlaşdırmaq və uçotunu aparmaq;
- Nəqliyyat vasitəsinin təmiz və səliqəli saxlanılmasına diqqət yetirmək.
- Motosaata uyğun olaraq texnikanın yağını, yanacaq və hava filterlərini, yanacaq süzgəcini vaxtında dəyişdirmək.
- Yanacaq sərfiyyatı barəsində vaxtaşırı olaraq anbardara məlumat vermək
- Təyin olunmuş marşrut və ya sahədə hərəkət etməklə əməyin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək
- Texnikanın yanacağının doldurulma prossesini təhlükəsiz şəkildə icra etmək
- Potensial risklərin qarşısını almaq üçün tədbirlər görmək;
- Vəzifə öhdəliklərini irəli gələn əmək funksiyalarının icrası zamanı hərkət və hərəkətsizliyi nəticəsində şirkətə qarşı vurulmuş ziyanı ödəmək;
- Şöbəyə aid olan prosedur və qaydalara riayət etmək;
- Daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək;
- SƏTƏM qaydalarına əməl etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları operativ icra etmək.
Tələblər
- Orta təhsil;
- Avtokar sürücüsü olaraq minimum 2 il iş təcrübəsi;
- 7 tonluq avtokarı idarə etmək
- Avtokar texnikasının idarə edilməsi üçün müvafiq kateqoriya və ya sertifikat;
- Texniki təhlükəsizlik qaydalarını bilmək;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- İş qrafiki: 6 günlük
- İstirahət: Bazar günü
- İş yeri: Bakı şəhəri Qaradağ ray; Salyan şossesi 27
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Karyera yüksəlişi imkanı;
- Qidalanma təmin edilir
- Nəqliyyat şirkət tərəfindən təmin edilir