İşin təsviri
1. Tədbirlərdə Boya və digər Maye İnşaat Qarışıqları məhsullarının təqdimatı və tanıdılması:
- Şirkət tərəfindən təşkil olunan sərgilər, təqdimatlar, seminarlar və digər ictimai tədbirlərdə boya və digər maye inşaat qarışıqları məhsullarının texniki və funksional xüsusiyyətlərini ətraflı şəkildə təqdim etmək.
- Məhsulların tətbiq sahələri, üstünlükləri və fərqləndirici cəhətləri haqqında iştirakçılara ətraflı məlumat vermək.
- Mövcud və potensial müştərilərin suallarını cavablandırmaq və onları məhsulların düzgün istifadəsi barədə məlumatlandırmaq.
2. Satış təmsilçilərinə və müştərilərə nəzəri və praktiki təlimlərin təşkili və keçirilməsi:
- Satış komandası və distribyutorlar üçün məhsul təlimatları hazırlamaq və onları Boya məhsullarının xüsusiyyətləri, tətbiqi və düzgün istifadəsi barədə məlumatlandırmaq.
- Müştərilərlə birbaşa görüşlərdə və ya xüsusi təlim sessiyalarında məhsulların istifadəsi üzrə praktiki nümayişlər təşkil etmək.
- Təlim iştirakçılarının texniki suallarını cavablandırmaq, tətbiq zamanı rast gəlinə biləcək problemləri izah etmək və həll yollarını göstərmək.
3. Maye İnşaat Qarışıqları istehsalı sahəsində təcrübənin tətbiqi və dəstəklənməsi:
- İstehsalat prosesində məhsul tərkibinin optimallaşdırılması, keyfiyyətə nəzarət və yeni formulaların hazırlanması işlərində iştirak.
- MİQ məhsullarının hazırlanmasında istifadə olunan xammalların texniki xüsusiyyətlərini nəzərə alaraq uyğun formulaların hazırlanması.
- İstehsalat sahəsində aparılan sınaqların nəticələrinin analiz edilməsi və bu nəticələr əsasında məhsulun təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
Tələblər
- Təcrübə: ən az 3 il
- Təhsil: Ali (kimya sahəsində təhsil üstünlükdür)
- Dil bilikləri:Türk (ingilis dili üstünlükdür)
- Texniki bilik, prezentasiya və natiqlik qabiliyyəti olmalı;
- MİQ məhsullarının istifadəsini mükəmməl bilməli;
- Boya və digər Maye İnşaat qarışıqları istehsalı üzrə təcrübə
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək istifadə bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
- Ezamiyyətlər və intensiv iş rejiminə uyğunluq.
- Fikrini izah etmək qabiliyyəti
- İşə planlı yanaşması
- Ünsiyyət yaratmaq bacarığı
- Xaricdə işləmək imkanı
İş şəraiti:
- 6günlük
- İstirahət bazar günü
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.