İşin təsviri
- Avtoparkdakı nəqliyyat vasitələrinin texniki qulluq və təmir tarixçəsini qeydiyyata almaq və arxivləşdirmək;
- Dövri baxım və texniki xidmətin vaxtında aparılması üçün qrafik hazırlamaq və nəzarət etmək;
- Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yağ dəyişimi, ehtiyat hissələrinin dəyişdirilməsi və digər təmir işlərini sistemə daxil etmək;
- Servis və təmir xərclərini izləmək, büdcələndirmək və analiz etmək;
- GPS və digər nəzarət sistemlərindən istifadə edərək nəqliyyat vasitələrinin fəaliyyətini izləmək;
- Rəsmi sənədlərin, müqavilələrin və fakturaların düzgün qeydiyyatını aparmaq.
Tələblər
İş şəraiti:
- İş yeri: Masazır;
- İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış iş günü);
- İstirahət: Bazar günü;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Ali təhsil;
- Data analitika sahəsi üzrə 1 il təcrübə;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Analitik düşüncə, araşdırma və təhlil bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı.