İşin təsviri
- İllik audit planına əsasən audit yoxlamalarının aparılması;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarətdə mövcud olan çatışmazlıqlar barədə rəhbərliyə hesabat təqdim edilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin verilməsi;
- Aşkar edilmiş nöqsanlarla bağlı rəhbərliyin məlumatlandırılması və daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurları ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslar);
- Daxil Audit yaxud əlaqədar sahələrdə minimum 3 il iş təcrübəsi;
- ACCA F3 sertifikatı olmalı;
- Kompyuter bilikləri: Microsoft Word-əla, Microsoft Excel-əla, 1C biliyi üstünlükdür;
- Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
- Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Ezamiyyələrə uyğun olmalıdır;
- Şəxsi avtomobili olmalı.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günü;
- Korporativ nömrə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.