İşin təsviri
- Zavodun fasiləsiz iş rejimini təmin etmək , yaranmış elektriki qüsurları vaxtında aradan qaldırmaq, işləyən elektrik avadanlıqlarına nəzarət etmək,
- Görülmüş işlər barəsində qeydlər aparmaq , elektik sxemlerini oxuya bilmək , avtomatika cihazları haqqında bilik və təcrübəyə malik olmalıdır.
- Elektik mühərrikləri və aparatları haqqında bilik və təcrübəyə malik olmalıdır.
- Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması, modul və komponent səviyyəsində təmiri;
- Zavodda olan elektrik, texniki avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür;
- Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür;
- Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli;
- Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi;
- Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlərin verilməsində iştirak edir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük və ya növbəli iş rejimi;
Tələblər
- Ali Təhsil
- İşə planlı yanaşması
- Detallara diqqət yetirməli
- Fəal olması
- 1-3 il istehsal zavodlarında təcrübə
- Elektrik sahəsinə dair sertifikatlar
- Word, Excel
- İngilis və Türk dili üstünlükdür
- Qaradag rayon erazisində yaşayanlara üstünlük verilir.