İşin təsviri
- Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidmətini həyata keçirmək;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.
Tələblər
- Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili
- Təcrübə : Müvafiq sahə üzrə minimum 3 il rəsmi əmək təcrübəsi
- Fikrini izah etmək qabiliyyəti
- İşə planlı yanaşması
- Ünsiyyət yaratmaq bacarığı
- İş qrafiki
- 6 günlük qrafik (şənbə günü yarım iş günü)
- Biz nə təklif edirik
- Qidalanma şirkət tərəfindən təmin edilir
- Nəqliyyat şirkət tərəfin təmin edilir
- Karyera yüksəlişi
- Rəqabətli əmək haqqı