İşin təsviri
- Obyektlərin Axtarışı və Qiymətləndirilməsi:
- Yeni mağaza və ya obyekt üçün uyğun ərazilərin araşdırılması;
- İcarə və ya satınalma üçün potensial obyektlərin bazar qiymətinin müqayisəsi;
- Obyektlərin sahə, yerləşmə, infrastruktur və potensial satış gücünə görə təhlili.
- İcarə və Müqavilə İşləri:
- İcarəçi və ya satıcı ilə ilkin əlaqələrin qurulması;
- Müqavilə şərtlərinin (icarə haqqı, depozit, müddət və s.) təhlili və rəhbərliyə təqdim edilməsi;
- Müqavilələrin hüquq şöbəsi ilə razılaşdırılması və icrası;
- Təmir və Layihələndirmə İşləri:
- Mağazanın brend tələblərinə uyğun layihə və dizayn işlərinin təşkil edilməsi;
- Təmir-tikinti işlərinin (boya, elektrik, santexnika, avadanlıq quraşdırılması və s.) planlanması;
- Podratçılar və ustalarla müqavilələrin bağlanması və işin icrasına nəzarət.
- Avadanlıq və İnfrastruktur:
- Mağaza üçün tələb olunan avadanlıqların (raf, işıqlandırma, kassalar və s.) quraşdırılması işlərinə rəhbərlik;
- Kommunikasiya (elektrik, su, internet, havalandırma) sistemlərinin tam işlək vəziyyətdə təhvil alınması.
- Təhvil və İstifadəyə Verilmə:
- Mağaza tam hazır vəziyyətə gətirildikdən sonra rəhbərliyə və müvafiq şöbələrə təhvil verilməsi;
- Açılışa qədər bütün texniki və fiziki çatışmazlıqların aradan qaldırılması.
- Monitorinq və Hesabatlıq:
- İşlərin gedişi barədə CEO və Kommersiya Direktoruna mütəmadi hesabatların təqdim edilməsi;
- İcra müddətləri, təmir büdcəsi və obyektin açılış planına uyğunluğun izlənilməsi.
Tələblər
- Tikinti, inşaat, daşınmaz əmlak və ya layihə idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi
- Tikinti və təmir materialları, podratçı idarəçiliyi üzrə biliklər;
- Büdcə planlaşdırma və xərclərə nəzarət bacarığı;
- Güclü ünsiyyət və təşkilatçılıq qabiliyyəti
- Ezamiyyə imkanlarına açıq
İş şəraiti:
- 6günlük
- İstirahət: bazar günü
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.