İşin təsviri
Təsvir
- Mühəndisi geoloji tədqiqat işləri üzrə materialların ümumiləşdirilməsində, işlər aparılan rayonunun geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə tədqiqatların nəticələrinin işlənməsini təmin etmək;
- Geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
- Kameral şəraitdə layihələrin hazırlanması;
- Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
- Geoloji-kəşfiyyat quyularına və qazma operatorlarına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
- Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
- İşə başlamazdan əvvəl quyu, xəndək və şurfların yerini dəqiqləşdirmək;
- Görülən işlərdə iştirak etmək, müvafiq sənədləşməni aparmaq;
- Sifarişdə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsinə nəzarət etmək;
- Kern nümunəsinin götürülməsini təşkil etmək, qablaşdırmaq və təhlükəsiz nəqlini təşkil etmək;
- Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
- Azərbaycan və ətraf regionunun geoloji quruluşu haqqında biliklərin olması;
- Yataqların sənaye-genetik tipləri haqqında ətraflı biliklərin olunması;
- Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklərin olması;
- Yerüstü xəritəalma vərdişlərinə sahib olması (GPS-dən sərbəst istifadə etmək);
- Yerli və xarici mütəxəssislərlə işləmək bacarığının olması;
- İstismar işləri aparılan xammal yataqlarında torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi.
Tələblər
- Təhsil: Ali;
- Yaş həddi: 30-55;
- İş təcrübəsi: 5 ildən yuxarı;
- Kompüter biliyi: MS Office, AutoCad və digər xəritəalma proqramları;
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik;
- İşə planlı yanaşma;
- Fikrini izah etmək qabiliyyəti;
- Detallara diqqətli yanaşma.
İş şəraiti:
- İş yeri: Azvul Istehsalat Müəssisəsi;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günləri;
- Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik