İşin təsviri
- Müəssisəyə məxsus daşınan və daşınmaz əmlakın müxtəlif üsul və vasitələrlə mühafizəsini təmin etmək;
- Müəssisənin buraxılış və obyektdaxili rejiminə nəzarət etmək, əməkdaşların və qonaqların giriş-çıxış prosesini təlimata uyğun həyata keçirmək;
- Gələn qonaqları qarşılayaraq lazımi bölmələrə yönləndirmək, buraxılış vərəqələrinin yoxlanılmasını təmin etmək;
- Təlimata əsasən işçilərin və qonaqların sənədlərini, əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq;
- Obyektə gətirilən və çıxarılan məhsul, material və xammalın müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
- Müvafiq hallarda texniki mühafizə vasitələrindən (kameralar, siqnalizasiya və s.) düzgün və məsuliyyətlə istifadə etmək;
- Əmtəə-maddi dəyərlərin oğurlanması və ya təhlükə hallarında müvafiq struktur rəhbərliyinə və icra orqanlarına məlumat vermək;
- Mühafizə olunan obyektin ərazisində qayda pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallar aşkar edildikdə dərhal tədbir görmək və rəhbərliyə bildirmək;
- Ərazidə yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
- Buraxılış rejiminə əməl etməyən işçilər və ya ziyarətçilər barədə akt tərtib etmək və məsul şəxsə məlumat vermək;
- Xidmət zamanı ayıq-sayıq olmaq, məsuliyyət və intizam prinsiplərinə əməl etmək.
Tələblər
- Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub;
- Orta təhsil tələb olunur; orta texniki təhsil üstünlükdür;
- Mühafizə və təhlükəsizlik sahəsində azı 1 il iş təcrübəsi olmalıdır; istehsal və ya obyekt mühafizəsində təcrübə üstünlükdür;
- Təhlükəsizlik, obyekt rejimi və nəzarət prosedurlarını bilməlidir;
- Azərbaycan Respublikasının əmək və inzibati qanunvericiliyi, mühafizə fəaliyyəti qaydaları və aidiyyəti normativ aktlar barədə ümumi anlayışa malik olmalıdır;
- Problem həll etmə, təşəbbüskarlıq və situativ qərarvermə bacarığına malik olmalıdır;
- Yüksək müşahidə qabiliyyəti və diqqətli olmalıdır;
- Dinləmə və ünsiyyət bacarıqları güclü olmalıdır; insanlarla düzgün və nəzakətli davranmağı bacarmalıdır;
- Komanda ilə işləmək və rəhbər göstərişlərinə əməl etmək vərdişinə malik olmalıdır;
- Fiziki cəhətdən sağlam olmalı və çöl şəraitində növbəli iş rejimində işləməyə uyğun olmalıdır;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməlidir;